...

TRACECA çərçivəsində texniki layihələrin başlanma tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 17:20 (UTC +04:00)

TRACECA nəqliyyat dəhlizi çərçivəsində texniki yardım layihəsi 2006-cı il mayın sonu - iyunun əvvəlində gerçəkləşdirilməyə başlanacaq. Bu barədə Trend ə bu təşkilatın Azərbaycan üzrə milli koordinatoru Akif Mustafayev xəbər verib.

Avropa Komissiyası təhlükəli yüklərin daşınması üzrə treninqlər aparacaq şirkətin müəyyənləşdirilməsi haqqında elan olunmuş tenderin nəticələrini açıqlayıb. NEA (Niderland) və HPTE (Almaniya) alyansı tenderin qalibi çıxıb.

Ekspeditor və operatorlar üçün treninqlərin keçirilməsi üzrə tenderin qalibi NEA şirkətidir, dəniz daşınma qurumlarının işçiləri üçün hazırlıq layihəsini isə Böyük Britaniyanın "Knayt Smart" şirkəti gerçəkləşdirəcək.

Hər iki şirkət texniki layihələrin hazırlanmasını başa çatdırıb. Dəniz daşınma qurumları işçilərinin hazırlanması layihəsində dənizə çıxışı olan 5 TRACECA dövləti iştirak edir. Ekspeditorların hazırlanması layihəsi 10 ölkəni əhatə edəcək. Türkiyə, Bolqariya və Rumıniya bu istiqamətdə kifayət qədər inkişaf etmiş xidmətlərə malik olduğundan layihədə iştirak etməyək.

Xəbər lenti

Xəbər lenti