...

Azərbaycan-Belarus hökumətlərarası komissiyasının növbəti iclasının tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 17:48 (UTC +04:00)

Hökumətdən Trend ə verilən məlumata əsasən, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının 3-cü iclası mayın 15-də Minskdə keçiriləcək. İclasa hazırlıq üzrə ekspert qrupu mayın 10-da Belarusa yola düşür. Azərbaycan tərəfindən iclasa baş nazirin birinci müavini Abbas Abbasov, Belarus tərəfindən isə baş nazir müavini Andrey Kabyakov sədrlik edəcək.

Xarici mal dövriyyəsində vəziyyət əməkdaşlığın inkişafına, çatdırılan malların nomenklaturasının qəbuluna ehtiyacın olduğunu göstərir. 2005-ci ildə Azərbaycanla Qazaxıstan arasında mal dövriyyəəsi $19,294 mln. və ya 2004-cü illə müqayiəsədə 60% təşkil edib. İdxal əməliyyatları 65% artaraq $18,119 mln., ixrac əməliyyatları isə 49% artaraq $1,174 mln. təşkil edib.

Son illər Azərbaycan bazarına ağır kənd təmərrüfatı texnikasının gətirilmə hallarıartıb. Bununla əlaqədar Bakıda Belarus müəssisələrinin nümayəndəlikləri açılıb.

2005-ci ildə Azərbaycandan reaktiv neft, yanacaq, tütün, spirt, çaxır, kimyəvi maddələr, gil, Belorusdan isə - quru buz, konditer məhsulları, avadanlıq, maşın ixrac olunub. Bundan əlavə, müxtəlif bitkilər, yağlar və gübrələr də mübadilə obyekti olub.

Xəbər lenti

Xəbər lenti