...

"Azərbaycan" mehmanxanası özəlləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 17:51 (UTC +04:00)

Dövlət əmlakının özəlləşdirilməsi üzrə "Azərbaycan" mehmanxanasının səhmlərinin 99,83%-i investisiya müsabiqəsinə çıxarıb. Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, səhmlərin 0, 17%-i mehmanxananın əmək kollektivinə məxsusdur. Müsabiqə iştirakçılarının təkliflərinin qyimətləndirilməsi iyunun 8-də keçiriləcək. Onlar iyunun 5-nə kimi öz təkliflərini təqdim etməlidirlər.

Müsabiqənin şərtlərinə görə, investor dövlət büdcəsinə ən azı 4,2 mln. manat vəsait keçirməlidir və Dövlət Komitəsinə ödəniş kimi 50 min özəlləşdirmə çeki təqdim etməlidir. Müsabiqə iştirakçılarının niyyətlərinin ciddiliyinin təsdiqi kimi, onlar istənilən banka 500 min manatlıq zəmanət məktubu təqdim etməlidirlər.

2006-cı il aprelin 1-nə olan vəziyyətə görə, mehmanxananın Nizamnamə Kapitalı 4 332 084 manat təşkil edir. Debitor borclar 482 700 manatdır. O, 1974-cü ildə istismara verilib.

Xəbər lenti

Xəbər lenti