...

Gəncə sənaye cihazları zavodunun səhmlərinin 99,62%-i investisiya müsabiqəsinə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 18:04 (UTC +04:00)

Dövlət əmlakının özəlləşdirilməsi üzrə Dövlət Komitəsi "Gəncə sənaye cihazları" SC-nin səhmlərinin 99,62%-ni investisiya müsabiqəsinə çıxarıb. Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, müsabiqəyə çıxarılan səhmlərin 14,62%-i müəssisənin əmək kollektivi arasında paylanılıb. Müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi iyunun 9-da keçiriləcək. Onlar iyunun 5-nə kimi öz təkliflərini təqdim etməlidirlər.

Müsabiqənin şərtlərinə görə, investor dövlət büdcəsinə ən azı 400 min manat vəsait keçirməli, Dövlət Komitəsinə 25 min özəlləşdirmə çeki təqdim etməlidir. Müsabiqə iştirakçısının niyyətinin ciddliyini təsdiqləmək üçün onlar istənilən banka 100 min manatlıq zəmanət məktubu təqdim etməlidirlər.

Təkliflərin qiymətləndirilməsi zamanı üstünlük investisiyaların maksimal həcmini təqdim edən, sənaye müəssisələrinin istismarında qabaqcıl təcrübəyə malik olan iştirakçılara veriləcək.

Xəbər lenti

Xəbər lenti