...

Azərbaycan AYİB-in Londonda keçiriləcək illik görüşündə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 20:23 (UTC +04:00)

Mayın 21-22-də Londonda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) üzv dövlətlərinin illik görüşü keçiriləcək. İclas çərçivəsində biznes-forum da təşkil olunacaq. Trend agentliyinin məlumatına əsasən, bu barədə AYİB-in yaydığı məlumatda deyilir.

Azərbaycanı tədbirdə iqtisadi inkişaf naziri Heydər Babayev təmsil edəcək.

İclasda AYİB ölkələri kapital ehtiyatlarının 5 illik icmalı kontekstində bankın yaxın illər üçün strateji kursunu müəyyənləşdirəcək.

Biznes-forum iştirakçıları regionda investisiya qoyuluşu perspektivləri üzrə fikir mübadiləsi aparacaq. Görüşdə bir sıra ölkələrin nazirləri, aparıcı investorlar, korporasiya və QHT rəhbərləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti