...

Azərbaycanın Nəqliyyat Nazirliyi seçim tenderi elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 13:13 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamenti İslam İnkişaf Bankının krediti çərçivəsində Ucar-Yevlax avmomobil yolunun rekonstruksiyası layihəsi üzrə seçim tenderi elan edib. Bu barədə Trend ə Nəqliyyat Nrazirliyindən məlumat verilib.

Yolun uzunluğu 53 km-dir. Rekonstruksiyadan sonra magistralın bir hissəsi - 44,5 km - ikizolaqlı, 8,5 km isə dördzolaqlı olacaq.

Yolun bitiumlu əsasının, asfalt örtüyünün tam dəyişdirilməsi nəzərdə tutulub. Eləcə də 4 yeni körpü və 59 drenaj sistemi də tikiləcək. Əsas tenderin 2006-cı ilin avqustunda keçirilməsi ehtimal olunur. Seçim tenderi İİB-ın üzvü olan bütün ölkələr üçün açıqdır. Təkliflərin qəbulu 2006-cı il iyunun 20-nə kimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti