...

Fərqlənmə nişanlarının verilməsi çərçivəsində büdcəyə 618 min AZN köçürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 13:35 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Nazirliyi sərnişin və yük daşımaları ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin vergilərin ödənilməsinə cəlb olunmasının təmin edilməsi çərçivəsində 24 min 622 ədəd fərqənmə nişanı verilib. Bu barədə Trend ə Nəqliyyat Nazirliyindən məlumat verilib. Toplanmış və dövlət büdcəsinə köçürülmüş vəsaitlərin məbləği 618 min AZN təşkil edib.

Lisenziyalaşdırma sisteminin tətbiqinə 2006-cı ilin martından başlanıb. Avtomobil nəqliyyat vasitələrinə əsas tələblərdən biri standartlara uyğunluqla bağlıdır.

Nazirlikdən hesab olunur ki, bu sistem nəqliyyat vasitələri sahiblərinin vergidən yayınması ilə mübarizəni yaxşılaşdırmağa, sərnişinlərə və yük sahiblərinə lazımi xidmət göstərməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti