...

Hacıqabul – Kürdəmir yollarının rekonstruksiyası 2007-ci ilin oktyabrında başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 15:02 (UTC +04:00)

Hacıqabul - Kürdəmir yollarının rekonstruksiyası 2007-ci ilin oktyabrında başa çatacağı ehtimal olunur. Hazırda İtaliyanın Todeni şirkəti yolun torpaq örtüyünü bərpa edir. Bundan sonra isə asfalt örtüyün salınmasına başlanılacaq. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

Youn rekonstruksiyasının reallaşdırılması müddəti 2 ildir. Onun həyata keçirilməsi müddətində ümumi uzunluğu 85 km olan yolun 3,5 km-lik hissəsi yenidən tikiləcək. Magistralın digər hissəsi rekonstruksiya olunacaq.

Bundan əvvəl Nəqliyyat Nazirliyi AYİB-ə yolların rekonstruksityası üçün kreditin məbləğini artırmağı təklif etmişdi. Lakin bankın qaydalarına görə, birinci kateqoriyaya sutka ərzində 7 mindən az olmayaraq avtomobilin keçdiyi trasslar aid edilə bilər. Bankın qiymətləndirmələrinə görə, Hacıqabul-Kürdəmir yolundan isə hər gün 4 mindən artıq avtomobil keçmir. Daha iki zolağın tikilməsi üçün Nazirlik digər maliyyə institutlarını cəlb etmək niyyətindədir və hazırda onlarla danışıqlar aparılır.

Hacıqabul - Kürdəmir yolu AYİB-in 41 mln. dollar vəsaiti hesabına rekonstruksiya olunur. Birinci kateqoriyada yolun tikintisi üçün ilkin hesablamalara görə, $65 mln vəsait lazımdır.

Xəbər lenti

Xəbər lenti