...

AYİB-in nəqliyyat missiyası Bakıdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 16:47 (UTC +04:00)

Azərbaycan hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyələşdirdiyi nəqliyyat sahəsindəki layihələri müzakirə etmək üçün AYİB-in baş bankiri Lino Qredi bir günlük səfərlə Bakıdadır. Bu barədə Trend ə Avropa Bankının Bakı nümayəndəliyindən məlumat verilib.

Nəqliyyat Nazirliyi bankın missiyası ilə Azərbaycan Dövlət Dəmiryolunun lokomotiv təsərrüfatının yaxşılaşdırılması üçün kreditin şərtlərini razılaşdırmaq niyyətindədir.

AYİB-in Direktorlar Şurasında dövlət zəmanəti altında 50 mln. dollarlıq kreditin təsdiqi mayın 27-də keçiriləcək. Kredit II tranşla alınacaq. Birinci tranş - $27 mln. - lokomotivlərin alınması, ikinci - $23 mln. - Biləcəri və Böyükşordakı depolarda lokomotivlərə xidmət bazalarının yaradılmasını və ehtiyat hissələrinin alınmasını nəzərdə tutur. Eləcə də 60 elektrovozun və teplovozun əsaslı təmiri nəzərdə tutulub. Layihənin ümumi dəyəri $70 mln-dur.

Avropa Bankının missiyası eləcə də Bakı-Samur avtomobil yolunun tikintisinin reallaşdırılmasının gedişi ilə tanış olmaq niyyətindədir. Bu işlər üçün bank $100 mln. vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti