...

Azərbaycan Nəqliyyat Nazirliyi yeni avtomobil körpüsü açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 17:29 (UTC +04:00)

Mayın 10-da Azərbaycan Nəqliyyat Nazirliyi Şamaxı rayonunun Pirsaat çayı üzərində yeni körpü açır. Nazirlikdən Trend ə verilən məlumata görə, tədbir strukturun rəhbəri Ziya Məmmədovun iştirakı ilə keçiriləcək.

Bu körpü Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunda tikilib. Körpünün uzunluğu 150 m, eni 10 m-dir. Layihənin dəyəri isə 1,6 mln. AZN təşkil edir.

Körpünün tikintisinə 2005-ci ilin iyununda Azərbaycan prezidentinin sərəncamı ilə başlanıb. Körpünün layihəçisi "Texnomost" olub. Tikinti işləri "Körpübinatikinti" SC tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti