...

Yanvar-aprel aylarında neft sektoru üzrə köçürmələr təxminən 2,2 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 18:36 (UTC +04:00)

Yanvar-aprel aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 761,5 mln. manat (proqnoz - 649,6 mln.manat) köçürərək, proqnozu 117,2% yerinə yetirib. Bu barədə Trend agentliyinin məlumatına əsasən, vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin iclasında bildirib. Həmin müddətdə dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi ötən ilin analoji dövrilə müqayisədə 83,2% (345,8 mln. manat) çoxdur.

Neft sektorundan daxilolmalar 443,2 mln. manat (383,4 mln. manat), qeyri-neft sektorundan- 318,2 mln. manat (266,2 mln. manat) təhkil edib. Həmin müddətdə neft sektoru üzrə köçürmələr ötən ilin analoji dövrilə müqayisədə 216% (303 mln. manat), qeyri-neft sektoru üzrə - 21,3% (35,8 mln. manat) təşkil edib.

Vergi bəyannamələrinin qiymətləndirilməsi göstərib ki, vergi ödəyicilərinin iqtisadi vəziyyəti 2005-ci ildə bir çox parametrlər baxımından yaxşılaşıb. Vergi ödəyicilərinin ümumi dövriyyəsi 2004-cü ilə nisbətən 23,5% (3,1 mlrd. manat) artaraq 16,3 mlrd. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti