...

Artur Rəsizadə: Azərbaycan neftdən gələn əlavə gəlirlərin Neft Fonduna keçirilməsi imkanlarını nəzərdən keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2006 17:06 (UTC +04:00)

Azərbaycan hökuməti neft satışından əldə olunan əlavə gəlirlərin, eləcə də, neft-qaz layihələri çərçivəsində podratçı şirkətlərdən mənfəət vergisi üzrə daxilolmaları Dövlət Neft Fondunun hesabına keçirilməsi imkanlarını nəzərdən keçirir. Trend in verdiyi məlumata görə, bu barədə mayın 11-də Azərbaycanın baş naziri Artur Rasizadə məlumat verib.

O, belə bir imkanın gələcəkdə ola biləcəyini qeyd edib.

"2006-cı ilin Dövlət büdcəsi haqqında" Qanunla müəyyən olunan mexanizmə görə, əlavə daxilolmaların 50% -i (neftin qiymətinin $40-dan $50-dək olduğu halda) və qiymətlərin $50 dollardan yuxarı olacağı zaman isə ARDNF-na 75% verilməlidir. 2006-cı il dövlət büdcəsinə düzəlişlər çərçivəsində bu mexanizmin dəyişdirilməsi nəzərdə tutulmayıb.

A.Rasizadə eləcə də, Dövlət Neft Fondunun vəsaitlərindən ölkədəki investisiya layihələrinin istifadəsi məsələsini də şərh edib. "Mən bunun real olduğunu hesab edirəm. Lakin daxili ehtiyatlardan istifadə edilərsə, risq artar. Bütün dünyada öz vəsaitlərinin xərclənməsinə çox ehtiyatla və düşünülmüş şəkildə yanaşılır. Ona görə də beynəlxalq maliyyə institutlarından borc götürüb sakit olmaq yaxşıdır", - deyə baş nazir bildirib.

Xəbər lenti

Xəbər lenti