...

Azərbaycanın maliyyə nazirinə Dünya Bankı ilə qrant razılaşmasını imzalamaq səlahiyyəti verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2006 17:51 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabineti maliyyə naziri Samir Şərifova sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün Dünya Bankı tərəfindən qrantın verilməsi barədə razılaşmanın imzalanması səlahiyyəti verilib Trend in məlumatına görə, bu barədə jurnalistlərə maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib.

Onun sözlərinə görə, razılaşma bu günlərdə imzalanacaq. Layihə mayın 15-dən qüvvəyə minəcək.

Layihənin fəaliyyət dövrü 2007-ci ilin iyununa kimidir. "Sığorta haqqında" yeni qanunun işlənməsi və tətbiqi üçün DB $323 min qrant təqdim edib.

Maliyyə Nazirliyi "Sığorta haqqında" və "Sığortanın məcburi növləri haqqında" qanun layihəsinin yeni redaksiyasının qəbul edilməsini planlaşdırır və onun hazırlanması üçün DB texniki yardım çərçivəsində yardım göstərəcək.

İlk qanun layihəsi DB-nın ekspertləri ilə razılaşdırıldıqdan sonra ilin sonuna kimi parlament tərəfindən qəbul edilmək üçün hökumətə təqdim olunacaq. Sığortanın 9 məcburi növü üzrə təkmilləşdirmə mexanizmi çərçivəsində 2007-ci ildən "Sığortanın məcburi növləri haqqında" yeni qanun layihəsinin qəbul ediləcəyi ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti