...

Artur Rəsizadə: Kommunal sektor tariflərinin artırılmasına ehtiyatla yanaşmaq lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2006 20:51 (UTC +04:00)

Azərbaycan hökuməti kommunal sektor tariflərinin artırılmasına ehtiyatla yanaşmaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə baş nazir Artur Rəsizadə Dünya Bankı ilə 2010-cu ilə qədər tariflərin maya dəyəri səviyyəsinədək qaldırılması haqqında razılığı şərh edərkən bildirib.

"Əgər biz inkişaf etmiş ölkə olmaq istəyiriksə, tariflər dünya səviyyəsinə çatdırılmalıdır. Lakin bizim siyasətimiz bu məsələyə asta addımlarla yanaşmaqdan ibarətdir" - deyə baş nazir vurğulayıb.

"İlk növbədə, bu sahədə nizam-intizam bərpa olunmalıdır və əhalinin gəlirləri artırılmalıdır, sonra isə tariflər qaldırılmalıdır" - deyə o qeyd edib.

Hazırda Azərbaycanda 1 min.m3 qazın daxili dəyəri $48, qonşu ölkələrdə isə - $190 təşkil edir.

Xəbər lenti

Xəbər lenti