...

Azərbaycan ICARDA –nın iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2006 12:46 (UTC +04:00)

Azərbaycanın nümayəndələri Quraqlıq ərazilərdə kənd təsərrüfatı tədqiqatlarının Beynəlxalq Mərkəzinin ICARDA (International Center for Agricultural Research in the Dry Areas) təşkil etdiyi illik toplantıda iştirak edəcək.

Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzinin baş direktoru, eyni zamanda ICARDA-nın Azərbaycandakı baş əlaqələndiricisi Əsəd Musayev iştirak edəcək. Görüş Aleppoda (Suriya) keçiriləcək.

Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə son illər ICARDA -nın yardımı ilə həyata keçirilən işlərin nəticələri, nailiyyətlər müzakirə olunacaq.

Azərbaycan 1995-ci ildən etibarən "kənd təsərrüfatının davamlı inkişafı" üzrə proqram çərçivəsində ICARDA ilə əməkdaşlıq edir.

Təşkilat Azərbaycana genetik ehtiyatlar, seleksiya və kadrların hazırlanması sahəsində yardım edir.

Xəbər lenti

Xəbər lenti