...

Sair Məmmədxanov: 8 iri vergiödəyicisi 2006-cı ildə 170 mln. AZN-ə qədər vergi ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2006 13:20 (UTC +04:00)

Bu il Azərbaycanın Vergilər Nazirliyi 8 iri vergiödəyicisindən 170 mln. AZN vergi alınacağını gözləyir. Bu, 2005-ci ildəki 30-40 mln. AZN-dən artıqdır. Trend in verdiyi məlumata görə, bu barədə Vergilər Nazirliyinin iri vergiödəyiciləri və xüsusi vergi rejimli müəssisələrlə iş üzrə Departamentinin rəisi Sair Məmməxanov bildirib.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, indi bir sıra iri vergiödəyicilərindən, məsələn "Azərenerji" SC-dən bütün əlavə vergilərin və köhnə borcların qaytarılmasını tələb etmək düzgün deyil. Lakin Vergilər Nazirliyi onların ilin sonuna kimi mütləq qaydada ödəniləcəyini gözləyir.

Xəbər lenti

Xəbər lenti