...

Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər parlamentə təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2006 14:57 (UTC +04:00)

Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflər redaksiya xarakterlidir. Hazırda bu təkliflər hazırlanır və sonra baxılmaq üçün ölkə parlamentinə təqdim olunacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Vergilər Nazirliyi operativ uçot və iqtisadi analiz idarəsinin rəhbəri Zaur Fətizadə məlumat verib.

Onun sözlərinə görə, inzibati maddələrə, vergi ödəyicilərinin hüquqlarının qorunması ilə bağlı məsələlərə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər vergilərin hesablanması probleminin həllində də öz əksini tapacaq. Vergi dərəcələrinə isə dəyişiklik edilməyəcək", - deyə Z.Fətizadə qeyd edib.

Hazırda dövlət rüsumu haqqında qanuna da dəyişikliklər edilməsi ilə bağlı məsələ nəzərdən keçirilir. Əmlak və torpaq vergilərinin daşınmaz əmlak vergisi kimi birləşdirilməsi məsələsinə gəlincə, nazirliyin nümayəndəsi bildirib ki, belə imkan var və bu məsələdə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir. Ancaq bunun üçün torpağı qanunvericiliyə uyğun qiymətləndirmək lazımdır. Yalnız bundan sonra bu prosesin forma imkanları və vergi dərəcələri nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti