...

Zaur Fətizadə: Dövlət büdcəsində dəyişikliklərin hesablanması başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2006 15:21 (UTC +04:00)

Həftə ərzində ölkənin dövlət büdcəsinə yenidən baxılması istiqamətində hesablamalar başa çatacaq. Daha sonra büdcəyə vergi tutulmalarının artım həcmi məlum olacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Vergilər Nazirliyi operativ uçot və iqtisadi analiz İdarəsinin rəhbəri Zaur Fətizadə məlumat verib.

Hazırda İqtisadi İnkişaf Nazirliyində yeni makroiqtisadi göstəricilər hesablanır. Bunlara müvafiq olaraq dövlət büdcəsinə tutulmaların artımı proqnozlaşdırılacaq.

Vergilər Nazirliyi nümayəndəsinin sözlərinə görə, tutulmaların həcmi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və podratçılarının mənfəət vergisi, vergi dərəcələrinin azaldılması və vergi tutulmaları bazasının genişləndirilməsi hesabına artırıla bilər.

Xəbər lenti

Xəbər lenti