...

Maliyyə Nazirliyi icbari sığorta növlərinin sığorta şirkətləri tərəfindən tətbiqini yoxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2006 16:31 (UTC +04:00)

Maliyyə nazirinin müavini Azər Bayramovun Trend ə verdiyi məlumata əsasən, Maliyyə Nazirliyinin Sığorta Nəzarəti üzrə Baş İdarəsi sığorta şirkətləri tərəfindən icbari sığorta növlərinin tətbiqi üzrə monitorinq keçirir.

"Şirkətlərin icbari sığorta növlərini nə dərəcədə əhatə etdiyini aydınlaşdırmaq üçün mən monitorinqin keçirilməsinə sərəncam verdim. Yeni sahələrin sığortalanması haqqında danışmazdan əvvəl qanunvericilikdə nəzərdə tutulmuş sahələrin sığortalanmasına nəzər salmaq lazımdır"- deyə A.Bayramov qeyd edib.

Onun sözlərinə görə, bu gün sığorta bazarında kəmiyyət göstəricilərindən çox keyfiyyət göstəricilərinə diqqət ayrılır. Eyni zamanda "İcbari sığorta növləri haqqında" qanun layihəsi üzərində iş gedir. Sənəd, demək olar ki, 50% hazırdır. Səhiyyə sistemindəki islahatlarla əlaqədar icbari tibbi sığorta haqqında sual yaranır.

207-ci ildə 9 icbari sığorta növü üzrə mexanizminin təkmilləşdirilməsi çərçivəsində "İcbari sığorta növləri haqqında" qanun layihəsi hazırlanır.

Xəbər lenti

Xəbər lenti