...

Azərbaycanın Nəqliyyat Nazirliyi yaxın vaxtlarda dairəvi yolun tikintisi üçün tender elan edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2006 11:23 (UTC +04:00)

Bakı ətrafında dairəvi yolun tikintisi layihəsinin reallaşdırılmasına başlanması üzrə işlər yekun mərhələsindədir. Yaxın vaxtlarda bu layihə üzrə tender keçiriləcək. Trend in verdiyi məlumata görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.

Bakı ətrafında dairəvi yolun tikintisi layihəsinin dəyəri hazırda $49,5 mln. dəyərləndirilir. Lakin keçirilən birinci tenderin çərçivəsində şirkətlərin təklif etdikləri məbləğ layihənin dəyərindən çoxdur. Ona görə də tenderin yekunları etibarsız sayılıb.

Tenderdə iştirak edən şirkətlərin təklifləri $83 mlna çatır. Ümumilikdə, tenderdə 15 şirkət iştirak edir. Hazırda bu layihədə Azərbaycanın payı $33,5 mln-dur.

Layihənin dəyəri yolun layihəçisi İordaniyanın "Arab Konsalt" şirkətinin təkrar texniki tədqiqatınıdan sonra dəqiqləşdiriləcək. Layihənin bahalaşması bundan əvvəlki texniki-iqtisadi əsasda nəzərdə tutulmamış kommunikasiyaların dəyişdirilməsi zəruriliyi, eləcə də yolun 5 km-lik hissəsinin və digər infrastrukturların tikilməsi ilə izah edilir. Eləcə də, yolu yeni avtovoğzal kompleksi ilə birləşdirən körpünün tikintisi də ehtimal olunur. 90-cı illərin əvvəllərində bu layihənin texniki-iqtisadi əsaslarının hazırlanması gedişində bir sıra səhvlərə yol verilib. Bundan əlavə, inşaat materiallarının və xidmətlərin qiymətləri də artıb.

Layihənin $14,9 mln. həcmində kredit ayıran Küveytin İnkişaf Fondunun, $10 mln. Ayıran Əbu-Dabi Ərəb Fondunun və Azərbaycan hökumətinin $3,5 mln. vəsaiti hesabına reallaşdırılması ehtimal olunur. Ərəb maliyyə institutlarının kreditləri 4 illik güzəştlə illik 2,5%-lik faiz dərəcəsi ilə 20 il müddətinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti