...

CredAgro Azərbaycanın Lizinq Şirkətləri Assoasiyasına üzv olmaqla bağlı ərizə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2006 14:53 (UTC +04:00)

CredAgro qeyri-bank kredit təşkilatı Azərbaycanın Lizinq Şirkətləri Assoasiyasına üzv olmaqla bağlı ərizə verib. Bu barədə Trend ə Assosiasiyanın rəhbəri Ceyhun Məmmədbəyli məlumat verib. Bu mikro maliyyə şirkəti 2005-ci ilin oktyabrından az miqdarda lizinq xidmətlərinin göstərilməsinə başlayıb. ALŞA-ya daxil olmaqla təşkilat lizinq əməliyyatlarının həyata keçirilməsi üçün lizinq şirkətlərinin əlddə etdikləri ehtiyatlara giriş əldə edəcək.

C.Məmmədbəylinin sözlərinə görə, CredAgro-nun Assosiasiyaya daxil olması məsələsinə iyunda keçiriləcək növbəti iclasda baxılacaq.

Bu gün Assosiasiyada təmsil olunan lizinq şirkətlərinin portfeli $30 mln-u keçir. Hazırda ALŞA-nın 11 üzvü var.

Xəbər lenti

Xəbər lenti