...

"İnşaat fəaliyyəti haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2006 14:56 (UTC +04:00)

"İnşaat fəaliyyəti haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu barədə Trend ə Milli Məclisin iqtisdai siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə bildirib.

Komissiyanın sədri qeyd edib ki, qanun layihəsi rəhbərlik etdiyi komissiyada müzakirə olunur. Ziyad Səmədzadə komissiyada hazırda "Kredit büroları haqqında" qanun layihəsinin üzərində iş getdiyini bildirib. Hər iki qanun layihəsi komissiyanın üzvləri ilə yanaşı müvafiq dövlət orqanlarının mütəxəssisləri tərəfindən hazırlanır.

"İnşaat fəaliyyəti haqqında" və "Kredit büroları haqqında" qanun layihələrinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti