...

Dünya Bankı Azərbaycanda sığortanın inkişafı üzrə qrant razılaşmasını imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2006 15:01 (UTC +04:00)

Dünya Bankı Azərbaycanda sığorta qanunvericiliyi sahəsində təkmilləşdirmə ilə bağlı qrant razılaşmasını imzalayıb. Bu barədə Trend ə Maliyyə Nazirliyinin sığorta nəzarəti üzrə Baş idarəsinin şöbə müdiri Bəybala Xankişiyev məlumat verib.

Onun sözlərinə görə, bank sənədi imzalayıb və analoji proseduraların keçirilməsi üçün bizə göndərib. Sənədin imzalanması səlahiyyəti Nazirlər Kabineti tərəfindən maliyyə naziri Samir Şərifova verilib.

Layihə mayın 15-dən qüvvəyə minir. Onun fəaliyyət dövrü 2007-ci ilin iyununa kimidir və reallaşdırılması üçün DB $323 min qrant ayırıb. Qrant "Sığorta haqqında" yeni qanunun işlənməsi və tətbiqi üçün ayrılıb.

Xəbər lenti

Xəbər lenti