...

Azərbaycanın Vergilər Nazirliyi vergilərin ödənilməsindən yeni yayınma faktları aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2006 15:41 (UTC +04:00)

Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin Əməliyyat şöbəsi Bakı şəhəri, Fikrət Bayramov küçəsi, 1136-cı məhəllədə 61 adda müxtəlif çeşidli, ümumi dəyəri təxminən 55 min AZN məbləğində olan ərzaq məhsullarının saxlandığı anbar aşkar edib. Trend in xəbər verdiyi kimi, anbarın vergidən yayınmaq məqsədilə uçotdan gizlədildiyi müəyyən olunub. Anbar 2004-cü ildə icarəyə götürülüb və topdan satış obyekti kimi istifadə olunur.

Operativ qrup Biləcəri şossesinin üstündəki çörəkbişirmə zavodunun ərazisində heç bir qanuna müvafiq sənədləşmə işi aparılmadan "Qarğıdalı çubuqları"nın (kukuruz) istehsal olunduğunu aşkar edib. Məlumata görə, fiziki şəxs Mirzəyev Elxan İbrahim oğlunun fəaliyyət göstərdiyi bu obyektlər, vergi orqanına bununla bağlı hesabat təqdim etməyib və bununla da külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb. Bundan əlavə E.Mirzəyev iki il ərzində müxtəlif yerlərdə "Qarğıdalı çubuqları"nın (kukuruz) istehsalı və satışı ilə müvafiq sənədləşmə aparılmadan, heç bir gigiyenik qaydalara əməl olunmadan qanunsuz olaraq məşğul olub, fəaliyyəti barədə hesabat təqdim etmədiyi və külli miqdarda vergilərin dövlət bücəsinə ödəməkdən yayındırıldığı da aşkar olunub.

Əldə edilən ilkin sənədlərdən, sürücü, ekspeditor və digər işçilərdən alınan izahatlardan məlum olub ki, E.Mirzəyevin təkcə 2006-cı ilin 4 ayı ərzində mal dövriyyəsi 290 min AZN məbləğində olub. V nastoəhee vremə provodətsə issledovaniə eqo deətelğnosti za 2004-05 qodı. Hazırda həmin şəxsin 2004-2005-ci illər ərzində apardığı əməliyyatlara dair araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti