...

AYİB-lə AzDRES –in rekonstruksiyası layihəsi üzrə danışıqlar uğurla başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2006 17:01 (UTC +04:00)

Azərbaycan hökuməti Avropa İnkişaf və Yenidənqurma Bankından (AYİB) Mingəçevir şəhərində Azərbaycan DRES-in rekonstruksiyası layihəsi üzrə kredit layihəsinin imzalanması prosedurunu sürətləndirməyi xahiş edib. Bu barədə Trend ə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Onun sözlərinə görə, bankla danışıqlar uğurla başa çatır. Avropa bankı işlərin tranşlarla maliyyələşməsi ilə bağlı ilkin şərtlərdən, elektrik enerjisinin tariflərinin artırılması ilə bağlı tələblərdən imtina edib. Bu şərtlərlə əlaqədar "Azərenerji" AYİB-in kreditlərindən imtina etməyə belə hazır idi. Kreditin tranşlarla verilməsi şərti "Azərenerji"ni qane etmirdi. Belə ki, bu, enerji bloklarının rekonstruksiyasını uzada bilər ki, bu da öz növbəsində inşaat materiallarının, avadanlıqların və metalın dəyərinin bahalaşmasına gətirib çıxara bilər.

Hökumətin müstəsna hüquqlarına daxil olan enerji tariflərinin yüksəldilməsi şərtləri müvafiq olaraq onun icrasının AzDRES-dəki maliyyə işlərinə mane olacağı səbəbindən sərfəli deyildi.

Yaxın vaxtlarda kredit razılaşması ilə bağlı rəsmi danışıqlara başlanılması gözlənilir. 5-ci blok istisna olmaqla, 1-ci blokdan 8-ci bloka kimi rekonstruksiya işlərinin dəyəri $150 mln-dur. Bu vəsaitin $115 mln-nu AYİB ayırıb. Kredit Avropa Bankının standart şərtləri ilə, yəni 3 il möhlətli ödənişlə və libor+1% faiz dərəcəsi ilə 15 il müddətinə verilir.

Xəbər lenti

Xəbər lenti