...

Yayda Azəriqazbank Malayziya Eximbankının kreditinin mənimsənilməsi prosesini başa çatdırmağa ümid edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2006 17:05 (UTC +04:00)

Azəriqazbank səhmdar-sərmayə bankı 2006-cı ilin yayında Malayziya Eximbankının kreditinin mənimsənilməsi prosesini başa çatdırmağı planlaşdırır. Bu barədə Trend ə bankın idarə heyətinin sədri Azər Mövsümov məlumat verib. Banka $3 mln. məbləğində kredit xətti 2005-ci ildə 6 il müddətinə ayrılıb. Ancaq hələlik 1-ci tranşın mənimsənilməsinə başlanmayıb.

Malların tədarükünün yalnız Malayziyadan həyata keçirilməli olması ilə əlaqədar bu vəsaitlərin mənimsənilməsi istiqamətində problemlər vardır. Bundan başqa, möhlətli ödəniş əsasında tədarük etməyə razılaşacaq benefisiar tapmaq çətindir.

A.Mövsümovun sözlərinə görə, artıq bir neçə layihəyə baxılır. Bu layihələrin maliyyələşdirilməsi ilə $1,5 mln həcmində 1-ci tranşın mənimsənilməsi başa çata bilər. Azəriqazbank illik 10%-lə akkreditivlər açmağı planlaşdırır. Kredit ticarətin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti