...

Ankara və İstanbuldan Azərbaycana təxminən 60 sahibkar gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2006 17:58 (UTC +04:00)

TUSİAB ın (Türk Sənayeçi və Işadamları Beynəlxalq Birliyi) dəvəti ilə Ankara və İstanbuldan Azərbaycana 60-a yaxın sahibkar gəlib. Səfər zamanı TUSİAB-da Azərbaycanın müxtəlif sektorlarına sərmayə qoyuluşunda maraqlı olan türkiyəli sahibkarlarla görüş keçirilib. Trend in xəbər verdiyi kimi, bu barədə təşkilatın məlumatında deyilir.

Görüşdə təşkilatın Azərbaycanda fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. TUSIABın baş katibi Kənan Sağlıqlı ölkə iqtisadiyyatında aparılmış son islahatlar və yeniliklər barədə sahibkarlara məlumat verib.

Təşkilatın nümayəndəsi vurğulayıb ki, Azərbaycanda sahibkarlar üçün hökumət tərəfindən hər cür şərait yaradılıbb və bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilib. K.Sağlıqlı, həmçinin, ölkənin qeyri-neft sektorunun inkişafının vacibliyini qeyd edib və türkiyəli sahibkarların bu sektorda öndə olduğunu vurğulayıb.

"Gələcəkdə TUSIAB Türkiyədən sahibkarları iqtisadi fəaliyyətə cəlb etmək niyyətindədir", - deyə məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti