...

FAO eksperti "quş qripi" ilə mübarizə çərçivəsində ölkənin bir sıra regionlarına baş çəkib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2006 18:50 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının eksperti "quş qripi" ilə mübarizə çərçivəsində ölkənin bir sıra regionlarına baş çəkib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən məlumata görə, artıq epidemioloq Giləzi, Biləsuvar və Bərdədə olub.

Ekspert bu istiqamətdə DBX-nin iş səviyyəsindən razıdır.

Baytarlıq xidmətindən bildirilib ki, yaxın vaxtlarda ekspert Azərbaycanın digər rayonlarına da səfər edəcək.

FAO eksperti sentyabr ayınadək Azərbaycanda olacaq, ölkənin quş qripi virusunun aşkar edildiyi bütün regionlarına səfər edəcək və bu virusla mübarizə ilə bağlı öz tövsiyələrini verəcək.

Xəbər lenti

Xəbər lenti