...

Şorsulu-Astara avtomobil yolunun yenidənqurulması layihəsi üzrə qrant sazişinin imzalanması üçün səlahiyyətlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2006 15:45 (UTC +04:00)

Nazirlər Kabineti nəqliyyat naziri Ziya Məmmədova Ələt-Astara avtomobil magistralının yenidən qurulması layihəsinin hazırlanması üçün Asiya İnkişaf Bankı ilə $400 min dəyərində sazişi imzalamaq səlahiyyəti verib. Hökumətdən Trend ə verilən məlumata görə, bu həftə texniki yardım sənədinin imzalanması gözlənilir.

Bundan sonra layihənin işlənməsinə başlanacaq. AİB Şorsulu-Astara avtomobil magistralının bir hissəsi üçün $100 mln ayırmağı planlaşdırır. Bank 2006-cı ildə layihənin Direktorlar Şurasında təsdiqlənməsini nəzərdə tutur.

Magistralın Ələtdən Astarayadək olan hissəsinin maliyyələşdirilməsini öz üzərinə götürmüş Dünya bankı 17 yanvar 2006-cı ildə qərar qəbul edib. Bank Ələt-Şorsulu və Bakı-Şamaxı-Muğan hissələrindən ibarət layihəni maliyyələşdirmək üçün $200 mln ayıracaq. Bu, ikinci avtomobil yolu üçün 1-ci tranş olacaq. Hər iki layihə üçün çatışmayan vəsaitlər artıq 2-ci kredit çərçivəsində ayrıla bilər.

Bu layihədə $40 mln ayırmaq niyyətində olan İran bankının da iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti