...

Azərbaycanda Logistika Mərkəzi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2006 17:24 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycanda Logistika Mrəkəzi yaradılacaq. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə TRACECA üzrə Azərbaycan milli katibliyin rəhbəri Akif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə Avropa Birliyi (AB) $5,5 mln-a yaxın vəsait ayırıb. Bu vəsait bütün TRACECA ölkələrində yaradılan belə mərkəzlərə, eləcə də Azərbaycana yönəldiləcək.

A.Mustafayevin sözlərinə görə, ötən il Azərbaycandan yük daşınmalarının ümumi həcmi 128 mln. ton olub. Təkcə TRACECA vasitəsilə bu rəqəm 47 mln. ton təşkil edib ki, bunun 12,5 mln tonu neft və neft məhsullarıdır. Azərbaycanın Nəqliyyat Nazirliyinin proqnozlarına görə, bu il yük daşınmalarının həcmi ötən illə müqayisədə 10 % artacaq. Təkcə dəmiryolu ilə daşınan neft və neft məhsullarının həcmi 2,5 mln. ton artıb.

Xəbər lenti

Xəbər lenti