...

Palmali-nin "Zeynalabdin Tağıyev" quru yük gəmisi ilk dəniz səfərinə yola düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2006 20:30 (UTC +04:00)

Mayın 12-də PALMALİ Şirkətlər Qrupuna məxsus Zeynalabdin Tağıyev quru yük gəmisi Türkiyənin Hopa limanından ilk dəniz səfərinə çıxıb. Trend in verdiyi məlumata görə, bu barədə Palmali şirkətinin press-relizində bildirilir.

Kapitan Nadir Dadaşovun rəhbərliyi altında Hamburq limanına yol alan gəmi heyətinin əksəriyyəti azərbaycanlı dənizçilərdən təşkil olunub.

İstismara verilən Zeynalabdin Tağıyev quru yük gəmisi PALMALİ Şirkətlər Qrupunun sifarişi ilə Iolqoqrad gəmiqayırma zavodu tərəfindən Odessa şəhərinin Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında inşa edilib.

Gəminin dedveyti (yük qaldırması) 6 933 tondur. Uzunluğu 139.6 metr, eni 16.5 metr, göyərtəsinin hündürlüyü 6 metr, su altında qalan hissəsi 4.6 metrdir. Ialetta şəhərinə təhkim olunmuş gəmi Malta bayrağı altında üzür.

PALMALİ Şirkətlər Qrupu Aralıq, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Bunula yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. Şirkətin donanması kirayə götürülmüş gəmilər də daxil olmaqla 120-yə yaxın yük gəmisindən ibarətdir.

PALMALİ əsasən neft məhsulları (benzin, qazoyl, vakumlu qazoyl, yanacaq, ağ neft), xam neft və ərzaq və sənaye yağlarının daşınmasında ixtisaslaşıb. Şirkətə məxsus quru yük gəmiləri həmçinin bütün növ quru yüklərin daşınmasını da həyata keçirir.

Xəbər lenti

Xəbər lenti