...

Maliyyə Nazirliyi DB-nın səhiyyə sistemində islahatların aparılması üzrə yeni layihəsində xərclərin yenidən nəzərdən keçirilməsini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2006 15:24 (UTC +04:00)

Bu gün Dünya Bankı ilə Azərbaycanın Səhiyyə Nazirliyi arasında ölkənin səhiyyə sistemində islahatların aparılması layihəsi üzrə rəsmi danışıqlar başlayıb. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Maliyyə Nazirliyi isə danışıqlarda xəstəxanalıran tikintisi ilə bağlı xərclərin azaldılmasını təklif etmək niyyətindədir. Layihədə hər birinin qiyməti 10 mln. dollar olan 3 yeni xəstəxananın tikintisi nəzərdə tutulub. Hətta əgər bu xərclərə treninqlər, tibbi heyətin hazırlanması, xəstəxanalıran texniki təchizatı daxil olsa da, onların azaldılması nəzərdə tutulub.

Maliyyə Nazirliyi bu xərclərin bilərəkdən artırılmış olduğunu hesab etdiyindən 30 mln. dollar vəsaitin nəzərdə tutulduğu xəstəxanaların siyahısının genişləndirilməsini təklif edir. Nazirlik bu təkliflə hələ bu həftə bankın ölkə üzrə regional direktoru Donna Douset-Koyrolla görüşdə də çıxış edib.

Danışıqlarda DB tərəfdən layihənin rəhbəri, bankın ictimai səhiyyə üzrə mütəxəssisi Enis Barışın rəhbərlik etdiyi missiya iştirak edir.

Layihənin Direktorlar Şurasında təsdiqi bankın cari ilin iyunun 30-na kimi djavam edəcək 2006-cı il maliyyə ilində təsdiqlənəcək. Layihənin dəyəri $79 mln.-dur, onun $50 mlnu DB Beynəlxalq İnkişaf Assosiasiyasının vəsaitindən ayıracaq. Həmçinin, layihədə Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) iştirakı da gözlənilir. Təşkilat layihənin reallaşdırılması üçün $8 mln. dəyərində qrant ayırıb. Yerdə qalan vəsait Azərbaycan hökuməti tərəfindən ödəniləcək.

Layihə yeni xəstəxanaların və tibbi mərkəzlərin tikintisini nəzərdə tutur. Tibbi xidmətlərin yenidən təşkili üçün pilot rayon kimi Şəki, Qax, İsmayıllı, Ağdaş və Abşeron rayonları seçilib.

Xəbər lenti

Xəbər lenti