...

Gələn il Aztranspetrol şirkəti Azərbaycan ərazisindən neftin daşınma həcmini artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2006 15:27 (UTC +04:00)

2006-cı ildə Aztranspetrol ekspeditor şirkəti Azərbaycandan tranzitlə təxminən 10,2 mln. ton neft və neft məhsulu daşıyıb. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 17-də şirkətin maliyyə direktoru Mirkal Aygül bildirib.

Ümumi həcmin təxminən 2 mln. tonu Türkmənistandan neft və neft məhsullarının payına düşür. Şirkət nümayəndəsinin sözlərinə görə, Qazaxıstan nefti və neft məhsullarının nəql həcmi xeyli aşağıdır.

Şirkət, həmçinin, BP, ExxonMobil şirkətlərinin neftinin və "Azərneftyağ" NEZ-in neft məhsullarının daşınması ilə məşğuldur.

Bu il şirkət 115 mln. ton neft və neft məhsulu daşımaq niyyətindədir. Bu həcmdən Türkmənistanın payına ayda təxminən 3-4 mln. ton, Azərbaycanın payına isə təxminən 600 min ton düşəcək.

Aztranspetrol şirkəti Dubayda yaradılıb və neftin Azərbaycan ərazisi ilə Böyük Kəsik stansiyasınadək ekspedisiyası ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti