...

Dünya Bankı kənd təsərrüfatı layihələrində banklar üçün kredit komponentlərinin idarə olunmasını Sahibkarlığın Dəstəklənməsi Milli Fonduna verə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2006 15:47 (UTC +04:00)

Bu gün Dünya Bankı ilə Azərbaycan hökuməti arasında Azərbaycanda kənd təsərrüfatının inkişafı və kreditləşməsinin uyğunlaşdırılmış proqramlarının ikinci fazası üzrə danışıqların protokolu imzalanacaq. Bu barədə Trend ə hökumətdnə məlumat verilib. Bu arada kənd təsərrüfatı məhsullarının emalı və saxlanması sahəsində layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan kredit xəttindən banklar və lizinq şirkətlərinə kreditlərin ayrılması məsələsi hələləik razılaşdırılmayıb. Maliyyə Nazirliyi bu məqsədlər üçün nəzərdə tutulan $15 mln. vəsaiti Sahibkarlığa Dəstək Milli Fondunun idarəsinə verməyi təklif edir. Artıq Milli Fond vasitəsilə banklar və lizinq şirkətləri DB-nin layihə ehtiyatlarına daxil olmaq imkanı əldə edəcəklər.

Layihənin sahibi Kənd Təsərrüfatı Nazirliyi olduğundan məsələni onunla razılaşdırmaq qalır. Hökumətdə həmçinin, MN-nin təklifini əlverişli hesab edirlər. Hətta kreditin verilməsi şərtlərinin banklar və şirkətlərlə razılaşdırılmasına baxmayaraq, bu şərt hər halda saxlanılır.

Əgər banklar krediti milli valyuta ilə alsalar, onda bu AMB-nın yenidən maliyyələşdirmə dərəcəsi (9%-lə), əgər dollarla verilərsə, bu zaman əsas kimi libor faizi üstəgəl 2%-dək komissiya götürüləcək. Borcların müddəti banklar və Maliyyə Nazirliyi arasındakı müqavilələrdə razılaşdırılmalıdır.

Kredit komponentinin ümumi həcmi $18,9 mln. təşkil edir ki, bunun $9,3 mln-u ilk kənd təsərrüfatı layihəsinin revolver fondu hesabına veriləcək. Onun bir hissəsi banklar və lizinq şirkətləri vasitəsilə maliyyələşdirmə, digər hissəsi isə kənd təsərrüfatının birinci layihəsində iştirak edən borc alanların kredit birlikləri və qruplarının mikrokreditləri üçün nəzərdə tutulub.

Layihənin ümumi dəyəri $57 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti