...

Qərib Məmmədov: "Dövlət torpaqları haqqında" qanun qəbul edilməlidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2006 16:28 (UTC +04:00)

"Dövlət torpaqları haqqında" qanun qəbul edilməlidir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Q.Məmmədov qeyd edib ki, Torpaq Məcəlləsinin 46-cı maddəsində və 1996-cı ilin avqustunda prezidentin məlum fərmanında göstərilib ki, belə bir qanun qəbul edilməlidir. Komitənin sədri bildirib ki, dövlət torpaqlarının ümumi sahəsi 4,9 milyon hektardır (ölkə ərazisinin 56,9 faizi). Bu torpaqları kompleks idarə etmək və tənzimləmək üçün "Dövlət torpaqları haqqında" qanunun qəbulu zəruridir: "Necə olur ki, "Bələdiyyələ torpaqlarının idarə olunması haqqında" qanun var, ancaq dövlət torpaqlarının idarə olunması haqqında qanun yoxdur".

Komitə sədri onu da bildirib ki, torpaqdan səmərəli istifadə olunması qaydaları da müəyyənləşdirilməlidir: "Vətəndaş ona verilən torpaq payından müxtəlif səbəblər üzündən istifadə edə bilmirsə, bu atılmış torpaq sayılır. Azərbaycan aztorpaqlı ölkədir. Torpaqlarımızı qoruyub, ondan səmərəli surətdə istifadə etməliyik".

Xəbər lenti

Xəbər lenti