...

Azərbaycan sığortaçılarının konfransı iyunun ikinci ongünlüyünə qədər təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2006 19:22 (UTC +04:00)

Bu gün Azərbaycanın Sığorta cəmiyyətləri Birliyinin İdarə heyətinin növbəti iclası keçirilib. Birliiyn icraçı direktoru Fuad Ələkbərovun Trend ə verdiyi məlumata görə, Birliyin üzvlərinin qərarı ilə 2005-ci ildə fəaliyyətinin yekunları üzrə hesabat konfransının keçirilməsi tarixi iyunun ikinci ongünlüyünə qədər təxirə salınıb. Əvvəllər onun mayın 24-də keçirilməsi planlaşdırılmışdı. Belə zərurət Birliyin Nizamnaməsində dəyişikliklərlə əlaqədar təşkilati məsələlərin həlli ilə bağlı yaranıb.

Təklif əvvəlcə hazırlanaraq razılaşdırılmaq üçün şirkətlərə göndərilməlidir.

Dəyişikliklərdən biri Birliyin prezidentinin səlahiyyət müddətinin 5 ildən 2 ilədək azaldılmasıdır. Nizamnamə həmçinin, Azərbaycanın Sığorta cəmiyyətləri Birliyinin Azərbaycanın Sığortaçılar İttifaqı ilə bir strukturda birləşməsi ilə bağlı da dəyişikliklərə məruz qala bilər. Bu məsələ də Birliyin İdarə Heyətində müzakirələrin predmeti ola bilər.

Lakin iki təşkilat arasında konsensus yenə əldə olunmayıb. ASCB-nin İdarə heyəti hər iki strukturun yenidən təşkil olunması və Assosiasiyanın yaradılması barədə təklifi qəbul etməyib. "İdarə heyəti ASCB-nin 1993-cü ildən fəaliyyət göstərdiyini əsas götürərək bu təklifi məqsədəuyğun hesab etməyib", - deyə F.Ələkbərov bildirib.

ASB isə 2003-cü ilin aprelində təsis edilib. Hazırda 5 sığorta şirkəti (Beynəlxalq Sığorta Şirkəti, "Mbask", "Azal sığorta", CI Insurance və Standard Insurance) və bir broker təşkilatı Caspian International Brokers birliyin üzvüdür.

ASCB 2003-cü ilin mayına kimi Azərbaycanın Sığorta Birliyi kimi fəaliyyət göstərib. 24 sığorta şirkəti Birliyin üzvüdür.

Xəbər lenti

Xəbər lenti