...

Hadı Rəcəbli: ""Onkoloji yardım haqqında" qanunla onkoloji xəstəliklərin azaldılmasına yönələn tədbirlər həyata keçirilməlidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2006 14:52 (UTC +04:00)

Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Bu barədə Trend ə Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli "Onkoloji yardım haqqında" qanunda onkoloji xəstəliklərin azaldılmasına yönələn tədbirləri şərh edərkən bildirib.

Komissiyanın sədri qanunun mahiyyəti barədə məlumat verərək bildirib ki, ölkədə bədxassəli şişlərdən əziyyət çəkən insanların sayı az deyil. Onlara ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsi baxımından bu sənəd çox zəruridir: "Onkoloji yardım üzrə tədbirlər bələdiyyələrin vəsaitləri, məcburi tibbi sığorta haqları, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına həyata keçirilə bilər".

H.Rəcəbli onu da vurğulayıb ki, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə onkoloji yardım dövət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. H.Rəcəbli qanun layihəsində onkoloji xəstələrin hüquqları barədə də məlumat verib. Bildirib ki, əmək qabiliyyətini itirmiş onkoloji xəstələr qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət tibb və sosial müdafiə müəssisələrində tibbi və sosial yardım alırlar.

Artıq qanun layihəsinə birinci və ikinci oxunuşda Milli Məclisdə baxılıb. Layihə üzərində redaktə xarakterli düzəlişlər edilib və sənəd III oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti