...

Azərbaycan Dövlət Əmlakının özəlləşdiriməsi üzrə Dövlət Komitəsi 250 Səhmdar Cəmiyyətdə monitorinq keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2006 15:27 (UTC +04:00)

Azərbaycan Dövlət Əmlakının özəlləşdiriməsi üzrə Dövlət Komitəsi dövlət müəssisələrinin bazasında SC-in yaradılmasını davam etdirir və onların fəaliyyətinin nizamlanması və özəlləşdiriməsi istiqamətində işləyir. Trend in verdiyi məlumata görə, bu barədə Dövlət Komitəsinin press-relizində bildirilir.

Özəlləşdirilmiş müəssisələrdə əmək kollektivlərinin hüquqlarının və maraqlarının müdafiəsi, əhalinin özəlləşdirmədə daha fəal iştirakını, hərracların şəffaflığını təmin etmək diqqət mərkəzindədir. Bu məqsədlə hərraca çıxarılan müəssisələr barədə zəruri informasiya KİV-də və Komitənin İnternet-saytında əvvəlcədən yerləşidrilir.

Sənəddə göstərilir ki, 2006-cı ildə hərraclarda artıq 50-dən çox SC-in səhmləri satılıb. Dövlət əmlakının səhmlərinin müdafiəsi və ya onların SCX hissələrinin saxlanılması, onların məqsədəyönlü istifadəsinin araşdırılması, SC-in istehsal fəaliyyəti ilə tanışlıq, özəlləşdirmənin imkanlarının analizi ilə bağlı 250 səhmdar cəmiyyətdə monitorinq keçirilib.

Bu tədbirlərdə əsas məqsəd özəlləşdirilən müəssisələrə kapital qoyuluşdarının artırılması, yeni iş yerlərinin açılması, özəlləşdirilmək üçün nəzərdə tutulan SC-in səhmlərin satışından dövlət büdcəsinə daxilolmaların artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti