...

AzPROMO Rusiyanın şərab bazarında monitorinq keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2006 17:27 (UTC +04:00)

Azərbaycan İxracın təşviqi və İnvestisiya Fondu (AzPROMO) Rusiyanın şərab bazarında monitorinq keçirir. Trend in verdiyi məlumata görə, bu barədə Fondun prezidenti Emil Məcidov məlumat verib. Bunun üçün fondun marketinq-meneceri Rusiyaya ezam olunub. Belə zərurət moldav və gürcü şərablarının RF-na gətirilməsinə qoyulan qadağa ilə bağlı bazarın boşalması üzündən yaranıb.

"Bundan sonra bir neçə rusiyalı topdansatış şirkeəti bizimlə əlaqə yaratdı və vəziyyəti nəzərə alaraq şəraitlə tanış olmaq üçün biz öz mütəxəssisimizi Rusiyaya göndərdik", - deyə E.Məcidov bildirib.

Araşdırmaların ilkin nəticələri Azərbaycan şərabının qiyməti ilə bağlı problemə aşkarlıq gətirib. "O bolqar şərabından deymək olar ki, iki dəfə bahadır. Bizim məhsulumuz aşağı keyfiyyətli fransız və italyan şərabları ilə enyi qiymət kateqoriyasındadır", - deyə fondun rəhbəri bildirib. Hazırda ölkədə normal keyfiyyətli yarışirin və quru şərab istehsal edən 4-5 müəssisə var.

Rusiya bazarının gürcü və moldav şərabından azad olmasına baxmayaraq, bizim keyfiyyət və qiymətlə bağlı problemlərimiz bu məhsulların yerini tutmağa imkan vermir. Belə ki, moldav şərabı bir qədər ucuz, gürcü şərabı isə xüsusi növlü olduğundan, Azərbaycan şərabı kənarda qalıb. Rusiyada isə təkcə ölkəyə şərabın gətirilməsi qadağan edilməyib. Həm də yeni aksiz markaları tətbiq olunub və köhnə aksiz markaları ilə alver etmək qadağan edilib.

Xəbər lenti

Xəbər lenti