...

Azərbaycan Milli Bankının yeni baş direktoru müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2006 19:00 (UTC +04:00)

Azərbaycan Milli Bankının İdarə Heyətinin qərarı ilə Rüfət Cəbrayıl oğlu Aslanlı AMB-nın baş direktoru təyin edilib. Trend in Milli Bankın məlumatına istinadən verdiyi məlumata görə, əvvəllər bu vəzifəni Dövlət Neft Fondunun hazırki icraçı direktoru Şahmar Mövsümov icra edirdi.

R.Aslanlı 1970-ci ildə Bakıda anadan olub. 1993-cü ildə Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. Baş direktor vəzifəsinə təyin olunana kimi o, bir sıra məsul vəzifələrdə çalışıb. 2001-ci ildən AMB-nın İdarə Heyətinin üzvü olub, eləcə də kredit təşkilatlarının fəaliyyətinə nəzarət üzrə Departamentə rəhbərlik edib.

O, rus və ingilis dillərində sərbəst danışır. R.Aslanlı həm də bir sıra hökumət komissiyalarında təmsil olunub. Nazirlər Kabineti yanında maliyyə terrorizmi və çirkli pulların yuyulması üzrə ekspert qrupuna başçılıq edib. O, Azərbaycanı ABŞ, İngiltərə, Fransa, İsveçrə, Rusiya kimi ölkələrdə keçirilən bir sıra beynəlxalq konfranslarda və simpoziumlarda təmsil edib.

Xəbər lenti

Xəbər lenti