...

Milli Bankda kadr dəyişiklikləri davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2006 15:36 (UTC +04:00)

Şahmar Mövsümovun Dövlət Neft Fonduna icraçı direktor təyin edilməsi ilə əlaqədar Milli Bankda kadr dəyişiklikləri və vəzifələrin bölüşdürülməsi davam edir. MB-dan Trend ə verilən məlumata görə, kredit təşkilatlarının fəaliyyətinə nəzarət üzrə Departamentin direktoru Yusif Cabbarov təyin edilib. İndiyə kimi o, elə həmin departamentdə şöbə müdiri işləyib. Y.Cabbarov AMB-da ən gənc kadrdır. Onun 28 yaşı var. Dövlət İqtisad Universitetinin məzunudur.

Rüfət Aslanlının baş direktor təyin olunmasından sonra Ş.Mövsümovun tabeçiliyində ollan işlər paylanılıb. R.Aslanlı indi bankların fəaliyyəti üzrə nəzarət sahəsində işlərə, qeyri-bank təşkilatlarına, lisenziyalaşdırmaya və nəzarətin metodologiyasına, ümumi bank qanunvericiliyinə, hüquqi bank nəzarətinə, maliyyə terrorizminin və çirkli pulların yuyulmasına qarşı mübarizəyə, hüquq departamenti ilə bağlı işlərə rəhbərlik edəcək. AMB-nın İdarə Heyətinin sədrinin müavini Vadim Xubanova pul siyasəti üzrə nəzarət funksiyaları, monetar sektorunun analizi, statistika və tədqiqatlara, ödəniş balansları, iqtisadi modelləşdirmə və tədqiqatlara nəzarət etməçk tapşırılıb.

Xəbər lenti

Xəbər lenti