...

Bir sıra Azercell abunəçiləri AzərDəmiryolBankdan danışıq kartı qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2006 15:55 (UTC +04:00)

Danışıq haqlarını "AzərDəmiryolBank"ın filiallarında ödəmiş daha 3 Azercell abunəçisi mayın 15-də Azərdəmiryolbankın əsas ofisində keçirilən "Uduşlu Ödənişlər" lotereyasının nəticələrinə görə pulsuz danışıq kartları qazanıb.

Trend in xəbər verdiyi kimi, bu barədə AzərDəmiryolBankın məlumatında deyilir.

Lotereyanın 19-cu tirajının nəticələrinə görə danışıq haqlarını Bankın Lənkəran filialında ödəmiş 2 abunəçi - Hüseynov M. 100 AZN və Əliyev M. 60 AZN və Əməliyyat İdarəsində ödəmiş Qəhrəmanov H. isə 40 AZN məbləğində danışıq kartlarına sahib olub.

"AzərDəmiryolBank" SB tərəfindən keçirilən lotereyanın şərtlərinə görə, "AzərDəmiryolBank"ın istənilən filialında ən azı 10 AZN (50 min manat) məbləğində danışıq haqqı ödəmiş istənilən Azercell abunəçisi avtomatik olaraq lotereyada iştirak etmək hüququ qazanır.

Xəbər lenti

Xəbər lenti