...

Ziyad Səmədzadə: "2005-ci il dövlət büdcəsinin yerinə yetirilməsi barədə" qanuna mayın 20-də parlament komissiyasında baxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2006 17:07 (UTC +04:00)

Mayın 20-də Milli Məclisin iqtisadi siyasət üzrə daimi komissiyası növbəti iclasında "2005-ci il üzrə dövlət büdcəsinin yerinə yetirilməsi haqqında" Qanuna baxacaq. Bu barədə Trend ə parlament komissiyasının rəhbəri Ziyad Səmədzadə məlumat verib.

Sənədə görə, 2005-ci il üzrə dövlət büdcəsinin gəlir hissəsinin proqnozları 100,5% yerinə yetirilib və xəzinəyə planlaşdırılan 10,222 trln. köhnə manat (2 044,4 mln. AZN) əvəzinə 10, 276 trln. manat (2 055, 234 mln. AZN) vəsait köçürülüb.

Hesabat dövründə Vergilər Nazirliyinin xətti ilə 7,102 trln.(1420,4 mln. AZN) manata qarşı 7,122 trln. manat (1 424,4 mln. AZN) toplanılıb ki, bununla da proqnoz müvafiq olaraq 100,3% yerinə yetirilib. Gömrük vergisi və rüsumları 1,881 trln. manat (376,2 mln. AZN) toplanılıb. Müvafitq olaraq Dövlət Gömrük Komitəsinin proqnozları 107,5% yerinə yetirilib. Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə planlaşdırılan 15,3 mlrd. manat (3,062 mln. manat), 27,6% çox vəsait keçirilib. Dövlət Neft Fondundan transfertlər xəzinəyə tam (750 mlrd. manat) köçürülüb.

Avropa Birliyinin xətti ilə Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində qrant vəsaitləri nəzərdə tutulandan artıq, 8,5%, 54,2 mlrd. manat (10,846 mln. AZN) olub.

Xəbər lenti

Xəbər lenti