...

Samur –Abşeron kanalının su təchizatı sisteminin rekonstruksiyası 2007-ci ilin yayında başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2006 19:05 (UTC +04:00)

"Meliorasiya və su təsərrüfatı" ASC xarici investorların iştirakı ilə bir sıra iri layihələr həyata keçirir. Onlardan biri Samur -Abşeron kanalının su təchizatı sisteminin rekonstruksiyası və 50 km-lik ərazinin bərpasıdır. İşlər 2007-ci ilin yayında başa çatacaq. Mil-Muğan kollektorunun tikintisinin 2006-cı ilin sonlarında başa çatdırılması planlaşdırılır. Trend in verdiyi məlumata görə, bu barədə mayın 19-da ASC-in rəhbəri Əhməd Əhmədzadə bildirib.

Onun sözlərinə görə, ölkənin 11 regionunda 56 min ha sahədə həyata keçiriləcək ikinci layihə - "İrriqasiya-2" suvarma sistemlərinin yaxşılaşdırılmasına, su təchizatının idarə olunmasına yönəlib. ASC-in əsas məqsədi meliorasiya qurğularının sazlanmasıdır.

Xanarx kanalının 2006-cı ilin yayında istismara verilməsi planlaşdırılır. Kanalın uzunluğu 67 km-dir. Kanal Xaçmaz, Quba, Qusar, Dəvəçi regionlarının 62 min ha ərazisinin su ilə təmin olunmasını, Samur-Abşeron kanalının su ötürməsinin yaxşılaşdırılmasını nəzərdə tutur.

4-cü layihə Vəlvəlçay-Taxtakörpü kanalının tikintisi üzrədir. Bu layihə Asiya İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu və ORES tərəfindən maliyyələşdirilir. Müqavilə artıq imzalanıb. Kanalın tikintisinin 2009-cu ildə başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti