...

Azərbaycanın 116 ölkə ilə ticarət əməliyyatları yanvar-aprel aylarında təxminən $2,6 milyard təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2006 13:07 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında Azərbaycanın 116 xarici ölkə ilə ticarət əməliyyatlarının həcmi $1943276,9 min təşkil edib. Trend agentliyinin Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumata əsasən, bu müddət ərzində $1386712,4 min həcmində mal ixrac edilib, $1258302,9 min həcmində isə idxal edilib. Müsbət saldo $128409,5 min təşkil edib.

2005-ci ilin analoji müddətilə müqayisədə ticarət əməliyyatlarının həcmi 72,86% ($584517 min) artıb, idxal əməliyyatlarının həcmi isə 12,73% ($183494,8 min) azalıb. Buna səbəb ölkəyə gətirilən avadanlıq, qara metallurgiya məmulatı və müxtəlif növ texniki qurğuların həcminin azalmasıdır.

Xəbər lenti

Xəbər lenti