...

AYİB Azərbaycan banklarına $13,5 mln həcmində kredit xətti ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2006 11:51 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) maliyyə institutları vasitəsilə Azərbaycanın kiçik və orta özəl müəssisələrinə dəstəyi artırır. Trend in xəbər verdiyi kimi, bu gün Londonda AYİB biznes-qrupunun direktoru Kur Qeyger və Azərbaycanın 4 bankının (Azərdəmiryolbank, Bank of Baku, Bank Respublika, Unibank) nümayəndələri arasında imzalanmış kredit sazişinin əsas məqsədi bundan ibarətdir.

Sazişdə hər bir maliyyə müəssisəsinə AYİB tərəfindən $5 mln, $4,5 mln, $2 mln və $2 mln məbləğində kredit xəttinin açılması nəzərdə tutulur. Bu vəsaitlər ölkənin mikro, kiçik və orta müəssisələrinə yardımın göstərilməsinə sərf olunacaq.

K.Qeyger nəzərə çatdırıb ki, Azərbaycanda bank qurumları tərəfindən əməliyyatların həcmi artır. 2002-ci ildən 2005-ci ilədək adları çəkilən banklar və Azəriqazbank AYİB-dən ümumi həcmi 18,85 mln dollar təşkil edən vəsait alıb. Hazırda bu göstərici 37,35 mln dollara çatıb. Bu barədə "İtar-Tass" xəbər verir.

Xəbər lenti

Xəbər lenti