...

"Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2006 12:06 (UTC +04:00)

"Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" qanun layihələri parlamentin müzakirəsinə təqdim olunub. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Hər iki qanun layihəsi Milli Məlisin iqtisadi siyasət, aqrar siyasət, sosial siyasət, regional məsələlər, təbii ehtiyatlar, ekologiya və energetika məsələləri daimi komissiyaları tərəfindən müzakirə olunub.

Onu da bildirək ki, dövlətin mühüm maliyyə sənədi olan "2005-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanunun hazırlanmasında deputatlarla yanaşı müvafiq nazirlik və komitələrin əmkdaşları da iştirak edib. 2005-ci il dövlət büdcəsinin şəffaflığının təmin edilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində lazımi işlər görülüb. "Dövlət rüsumu haqqında", "Mühasibat uçotu haqqında", "Büdcə sistemi haqqında" qanunlara, Iergi Məsəlləsinə, Iahid büdcə təsnifatına dəyişiklik olunub.

Xəbər lenti

Xəbər lenti