...

AYİB AzDRES-in rekonstruksiyası layihəsinin nəzərdən keçiriləcəyi tarixi dəyişdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2006 13:08 (UTC +04:00)

Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) Direktorlar Şurasında əvvəllər iyunun 15-nə təyin edilmiş Mingəçevirdəki AzDRES-in rekonstruksiyası layihəsinə baxılmasını iyunun 27-nə keçirib. Hökumətdən Trend ə verilən məlumata görə, tarixin dəyişdirilməsi kredit razılaşması üzrə danışıqlar və onların yekunu olaraq protokolun Şuraya təqdim olunması ilə bağlı ola bilər.

Danışıqlar qrupu hələ formalaşdırılmayıb. Lakin bu prosesin sürətlənəcəyi istisna edilmir. Danışıqların bu həftə Bakıda keçiriləcəyi gözlənilir.

"Azərenerji" mazut və təbii qazla işləyən AzDRES-də (Bakıdan 300 km qərbdə yerləşir) tikinti işlərinə başlanması prosesini sürətləndirmək niyyətindədir. Stansiya 20 ildən artıqdır işləyir və ölkədə elektrik enerjisinin əsas hissəsinin tədarükçüsü kimi çox mühüm obyekt olduğu üçün təcili modernləşmə tələb edir. Layihədə məqsəd zavodun ümumi səmərəliyini artırmaqdır.

AYİB-in kredit vəsaiti əsas etibarilə turbin avadanlıqlarının bərpasına və ətraf mühitin yaxşılaşdılıması tədbirlərinin reallaşdırılmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti