...

"Azəralümin" SC-nin rekonstruksiyasına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2006 13:47 (UTC +04:00)

Azərbaycan hökuməti ilə Hollandiyanın Fondel Metall şirkəti arasında "Azəralümin" SC-nin uzunmüddətli idarə olunması ilə bağlı müqavilənin pozulmasından sonra müəssisənin mütəxəssisləri istehsalın həcminin artırılması, texnoloji prosesin və fasiləsçiz işin təminatı üçün kompleks tədbirlər həyata keçirməyə başlayıblar. Trend in Dövlət Əmlakının idarə olunması üzə Dövlət Komitəsinin press-relizinə istinadən verdiyi məlumata görə, 2006-cı ildə SC-in tərkibinə daxil olan Gəncə gil-torpaq zavodunun istehsal gücü 450 min tona, 2007-ci ildə isə 500 min tona qədər artırılacaq.

Gəncədə gücü ildə 100 min tona çatan yeni alümin zavodunun tikintisinin layihəsi hazırlanıb. Zavodun tikintisi "Azəralümin"in öz şəxsi vəsaitləri hesabına həyata keçiriləcək. Artıq tikintisinə başlanılan zavodda yeni avadanlıqlar və texnologiyalar quraşdırılacaq.

Sumqayıtdakı SC-in alümin istehsalı sahəsində də istehsalın həcminin genişləndirilməsi nəzərdə tutulub. Sumqayıtdakı zavodun istehsal gücü hazırki 30 min tondan 60 min tonadək artırılacaq. Bununla əlaqədar yeni sex 2007-ci ilin aprelində istismara veriləcək. Bunun üçün $27,5 mln. investisiya ayrılıb. Hazırda zavodda 861 nəfər çalışır. Lakin yeni sexin açılmasından sonra burada əlavə olaraq 500 işçi yeri açılacaq.

Hazırki anda "Azəralümin"də alunitdən gil-torpağın alınması üçün dünya təcrübəsində ilk dəfə və ətraf mühitə təsir etmədən texnologiyanın tətbiqi üzrə işlər aparılır. İndiyə kimi gil-torpağın istehsalı üçün xaricdən boksitlər alınırdı. Azərbaycanda ildə 80 mln. ton alunit filizinin alınması üçün imkan var. Layihənin Azərbaycanda tətbiq olunacağı təqdirdə alunit yataqlarına malik olan digər ölkələr (ABŞ, Rusiya, İran, Çin)Azərbaycandan patent ala bilərlər. Bu texnoldogiyanın əldə olunmasında əsas məqsəd yerli xammaldan istifadədir. Bu da məhsulun maya dəyərinin aşağı salınmasına və yeni iş yerlərinin açılmasına imkan verəcək.

Bunun üçün kadr hazırlığına da xüsusi diqqət yetiriləcək. Azərbaycanın Texniki Universiteti ilə bağlanan müqaviləyə görə, tələbələrin seçilməsi üçün həftədə üç dəfə menecment kursları, SC-in müəssisələrində istehsal prosesi ilə tanışlıq keçiriləcək.

Xəbər lenti

Xəbər lenti