...

Azərsun Holding növbəti Ümumdünya çay və kofe festivalında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2006 16:08 (UTC +04:00)

Azərsun Holding II Ümumdüyna çay və kofe festivalında iştirak edəcək. Trend in verdiyi məlumata görə, bu barədə mayın 23-də şirkətin PR şöbəsinin müdiri Sənan Orucov bildirib. Tədbir mayın 25-dən 28-nə kimi RF-nın Kənd Təsərrüfatı Nazirliyinin, Moskva hökumətinin və Muxtar qeyri-kommersiya təşkilatı olan "Ümumdüyna çay və kofe festivalı"nın təşkilatçılığı altında keçirilir.

Festivalda hakimiyyətin qanunverici və icraedici federal orqanlarının rəhbərləri, siyasi partiyalar və ictimai təşkilatlar, mədəniyyət, incəsənət və elm xadimləri, diplomatlar iştirak edəcəklər.

Ənənəvi olaraq Ümumdünya çay və kofe festivalında beynəlxalq çay müsabiqəsi keçirilir. Onun keçirilməsində məqsəd çayın keyfiyyətinin yaxşılaşdırılması, ondan istifadə mədəniyyətinin yüksəldilməsi müxtəlif ölkələrin sahibkarları arasında əlaqələrin və informasiya mübadiləsinin keçirilməsi, ən yaxşı istehsalçıların və məhsulun ən yaxşı nümunələrinin aşkarlanması, çay istehsalı sahəsində əldə olunan uğurların ən geniş ictimaiyyətə nümayiş olunması, ənənəvi və yeni markaların populyarlaşmasıdır.

S.Orucovun sözlərinə görə, ötən il bu tədbirin iştirakçısı olan Azərsun öz məhsullarının keyfiyyətinə görə 14 medala - 4 qızıl, 6 gümüş və 6 bürünc mükafata layiq görülüb.

Xəbər lenti

Xəbər lenti